14 Oktyabr 2019 17:15
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp yenidən Türkiyəni hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, o, Tvitter hesabında yaydığı sonuncu açıqlamasında Türkiyəni böyük sanksiyalar gözlədiyini elan edib:

“Biz 200 ildir biri-birilə müharibə edən iki qrupun arasına girməyəcəyik. Avropanın öz İŞİD məhkumlarını almaq şansı var idi, amma bunun əvəzini ödəmək istəmədilər. Məsələyə “qoy ABŞ ödəsin” şəklində yanaşdılar. Kürdlər bizi prosesə cəlb etmək üçün bəzi İŞİD-çiləri sərbəst buraxa bilərlər. Çoxu Türkiyə və Avropa ölkələri tərəfindən asanlıqla həbs edilə bilər, amma sürətlə hərəkət etməlidirlər.

Türkiyəyə böyük sanksiyalar gəlir. İnsanlar gerçəkdən NATO üzvü Türkiyə ilə müharibəyə girməyimizin vacibliyi haqqında düşünür? Sonu görünməyən müharibələr bitəcək”.


Müəllif: Cavad