14 Oktyabr 2019 19:26
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tel-Abyad və Rasulayn Türk Silahlı Qüvvələrinin (TSK) nəzarətinə keçib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Akar əlavə edib ki, hazırda bölgənin nəzarəti ilə bağlı fəaliyyət davam edir.

General əlavə edib ki, İŞİD məhkumları məsələsi var və Türkiyə tərəfi bununla bağlı əlindən gələni edir: “Bölgəmizdə İŞİD-lə bağlı cəmi bir həbsxana var. Biz ora getdiyimiz zaman həbsxananın YPG tərəfindən boşaldıldığını və həbsxanada olan İŞİD üzvlərinin qaçırıldığını gördük.

Vəziyyəti foto və videoya aldıq və maraqlı tərəflərlə bunları paylaşdıq”.

Müdafiə naziri bildirib ki, mübarizə sadəcə YPG və İŞİD-lə məhdudlaşmır: “Bizim üçün tək hədəf terrorçulardır”.


Müəllif: Cavad