14 Oktyabr 2019 20:41
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyana cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaq Komitəsi bəyan edib ki, Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırmaq üçün kifayət qədər sübutlar əldə edilib.

Müdafiə naziri postunda olarkən vəzifəsindən sui-istifadə edən Sərkisyan mənzil ehtiyacı olmadığı halda bir sıra hərbçilərə Ermənistan Müdafiə Nazirliyinin balansındakı ərazilərdən pulsuz istifadə hüququ verib.

Nəticədə ehtiyacı olan hərbi qulluqçuların hüquqlarına və dövlətin qanuni maraqlarına ciddi ziyan vuruldu.

Vigen Sarkisyan ittihamları qəbul etmir. Keçmiş müdafiə naziri barədə həbs qətimkan tədbirinin seçiləcəyi istisna edilməyib.

Xatırladaq ki, Vigen Sərkisyan keçmiş prezident Serj Sərkisyanın ən yaxın müttəfiqi olub. 2016-cı ildə Serj Sərkisyan tərəfindən Ermənistanın müdafiə naziri təyin edilib və 2018-ci ilin aprel-may aylarında hakimiyyət dəyişikliyinə qədər bu vəzifəni tutub.


Müəllif: Mənsur Rəğbətoğlu