“Ermənistan Xarici İşlər Nazirliyi erməni jurnalistlər üçün Gürcüstan ərazilərinə giriş qadağasının olduğundan xəbərdardır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan deyib.
Jurnalistlərlə keçirdiyi brifinqdə Anna Nağdalyan Ermənistanda fəaliyyət göstərən “Epress” saytının jurnalistlərinin Gürcüstana buraxılmaması haqda açıqlama verib:
“Məsələ ilə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyini məlumatlandırmışıq. Gürcüstan tərəfindən aydınlıq gözləyirik”.
Oktyabrın 11-də Gürcüstan-Ermənistan sərhədində Ninotsminda-Bavra keçid məntəqəsində 4 saatdan çox saxlanıldıqdan sonra “Epress” saytının jurnalistlərinin Gürcüstana girişinə icazə verilmədiyi bildirilmişdi.