14 Oktyabr 2019 18:42
1 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə “Sülh çeşməsi” əməliyyatı çərçivəsində ən kritik yerlərdən biri olan Menbiç əməliyyatına başlayıb.

Teleqraf.com xəbər verir ki, Suriya Milli Ordusu əməliyyatla bağlı rəsmi açıqlama verməyib, amma ön cəbhədə mövqe tutan birliklərini Menbiçə daxil olmaq ərəfəsində olduğunu qeyd edib.

Hazırda artilleriya və havadan dəstəklənən əməliyyatın birinci hissəsi başlanıb.

Qeyd edilir ki, Suriya Milli Ordusunun əgərləri Menbiçə əməliyyata başlandığını video görüntülü çıxışlarında bildirib. Görüntülərdə zirehli texnikanın Menbiç istiqamətində hərəkətə başlandığı məlum olur.


Müəllif: Cavad