14 Oktyabr 2019 21:43
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev kriminal avtoritet Əziz Batukayevin sərbəst buraxılmasına etiraz olaraq, məhkəmə prosesini boykot edib.

Teleqraf.com xəbər verir ki, bu barədə keçmiş prezidentin vəkili Sergey Slesarev məlumat verib.

Slesarev qeyd edib ki, Almazbek Atambayev məsələ ilə əlaqədar məhkəməyə yazılı müraciət edib və ərizdədə kriminal avtoritetin qanunsuz olaraq sərbəst buraxıldığını bildirib.

Vəkilin sözlərinə görə, keçmiş prezident məhkəməni qanunsuz hesab edir.

Slesarev Atambayevin məhkəmədə ifadə verməkdən imtina etdiyini bildirib.

Əlavə edək ki, Batukayevlə birlikdən mühakimə olunan 19 nəfərdən 14-ü ittihamları qəbul edib.

Atambayev də bu məsələdə şahid kimi dindirilməli idi, lakin o, məhkəməyə çıxmaqdan imtina edib.


Müəllif: Mənsur Rəğbətoğlu