14 Oktyabr 2019 22:26
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Ali Məhkəməsi Katoloniya muxtar administrasiyasının qanunsuz elan olunmasına baxmayaraq müstəqillik referendumu keçirilməsini təşkil etməkdə ittiham olunan 12 katolon siyasətçidən 9-u barədə həbs qərarı çıxarıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmə 12 separatçı siyasətçidən 9-na 13 il həbs cəzası kəsib.
Məhkəmə Katoloniya muxtar administrasiyasında hökumət başçısının müavini vəzifəsini daşıyan Oriol Junquerasda 13 həbs cəzası verib.

Rəsmi Madrid hökumətinə itaətsizlikdə ittiham olunan 3 siyasətçiyə isə həbs cəzası verilməyib.
Qeyd edək ki, məhkəmə prosesi 4 ay davam edib.

Xatırladaq ki, Kataloniya administrasiyası 2017-ci ilin oktyabrın 1-də müstəqillik referendum keçirib. Bu prosesi öncədən qanunsuz adlandıran Madrid hökuməti Kataloniyaya ordu yeridib, qanunsuz əməldə iştirak edən siyasətçilər həbs edilib. Həmin dövrdə Kataloniya hökumətinə rəhbərlik edən Çarlez Puigdemont isə ölkədən qaçıb.


Müəllif: Cavad