15 Oktyabr 2019 01:15
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumu təşkil edən separatçı hərəkatın liderləri 13 il müddətinədək həbs cəzasına məhkum ediliblər.

Teleqraf.com xəbər verir ki, Müstəqil qruplar İspaniya Ali Məhkəməsinin qərarına qarşı etiraz aksiyası keçirir və bütün Kataloniyanın səfərbər olmasına çağırırlar.

Barselona və Jironda yollar bağlanıb. Bəzi təşkilatlar Barselona aeroportunun birinci terminalının işini iflic vəziyyətinə salmaq niyyətindədirlər. Regionun müstəqilliyi uğrunda çıxış edən iğtişaşçılar xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırırlar.

Məlum olub ki, hakim Pablo Llarena müstəqillik haqqında referendumdan sonra İspaniyadan Belçikaya qaçmış Kataloniya hökumətinin sabiq sədri Karles Puçdemonun həbsinə yeni order verib.


Müəllif: Teleqraf.com