15 Oktyabr 2019 10:18
2 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp türk həmkarı Rəcəb Tayyib Ərdoğan və Suriya Demokratik Qüvvələrinin komandanı Mazlum Kobaniyə zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi Mayk Pens məlumat verib.

Pens Trumpın Ərdoğana Suriyanın şimalında dərhal atəşkəs elan etməyə və Kobaniyə hücumdan çəkinməyə çağırdığını deyib.

O, Trampın SDQ komandanı ilə də Kobani məsələsini müzakirə etdiyini bildirib: “Prezident Tramp bu məsələni Ərdoğanla da müzakirə etdi və Kobani şəhərinə hücum etməmək barədə türk həmkarından zəmanət aldı”.

Türkiyə prezidenti Türk Şurasının toplantısında iştirak etmək üçün dünən Bakıya gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu