15 Oktyabr 2019 11:22
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” əməliyyatı davam edir. Bu gün Türkiyə hüquq- mühafizə orqanları Xalqların Demokrat Partiyasının (HDP) bir neçə bələdiyyə üzvünü həbs edib.

Teleqraf.com xəbər verir ki, Hakkari bələdiyə sədri Cahan Qaraman, Yüksəkova bələdiyyə sədri İrfan Sarı, Vanın Erciş qəsəbə bələdiyyəsinin sədri Ulduz Çətin saxlanılıb.

Adı çəkilən bələdiyyə sədrləri HDP üzvləridir. Paralel olaraq HDP-li Mardinin Nusaybin bələdiyyə sədri Semriə Nərgiz, bələdiyyə sədrinin köməkçisi Fərhad Kut, bələdiyyə məclisinin üzvü Məhmət Emin Alkan da saxlanılıb.

Məlumata görə adı çəkilən şəxslər Vanın Erciş prokurorluğunda PKK terror təşkilatı üzvləri ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Şübhəli şəxs qismində saxlanılan bələdiyyə sədrləri və bələdiyyə əməkdaşlarının evlərində, iş yerlərində axtarışlar zamanı bir sıra sənəd və materiallar aşkar edilib.

HDP-li bələdiyyə sədrlərinin Suriyada aparılan əməliyyatla eyni zamanda həbsi diqqətçəkicidir.


Müəllif: Cavad