15 Oktyabr 2019 11:51
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Avropa Birliyini şoka salan addım atıb.

Teleqraf.com xəbər verir ki, dünən Avropa Birliyinin (AB) xarici işlər nazirləri Lüksenburqda toplaşaraq Türkiyənin Suriyada terrorçulara qarşı keçirdiyi “Sülh çeşməsi” əməliyyatı ətrafında müzakirələr aparmağa başlayıb.

Müzakirələrdə Böyük Britaniya təmsilçisi AB-nin Türkiyəyə qarşı qərarlarının əleyhinə çıxıb. Ən maraqlı olay isə Macarıstanla bağlı yaşanıb.

Macarıstan xarici işlər naziri Peter Siyarto Türkiyəni xəbərdarlıq etmək üçün Lüksenburqda toplaşan AB xarici işlər nazirlərinin toplantısına qarılmayıb. Əvəzində nazir Bakıya səfər edərəkTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) xarici işlər nazirlərinin toplantısına qatılmağı üstün tutub.


Müəllif: Cavad