15 Oktyabr 2019 12:19
3 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanına gələn prezident Vladimir Putin Rusiya himnini səsləndirən səud ordusunun orkestrinin yarıtmaz performansına təəccübünü gizlədə bilməyib.

Teleqraf.com xəbər verir ki, Putin 2007-ci ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib.

Paytaxt ər-Riyadda Səudiyyə Ərəbistanı Kralı Salman bin-Əbdüləziz tərəfindən qarşılanan Putin üçün rəsmi mərasim təşkil olunub.

Mərasimdə Səudiyyə ordusunun orkestri Rusiyanın dövlət himnini səsləndirib. Lakin orkestrin səsləndirməyə çalışdığı himni eşidib anlamaqda çətinlik çəkən Vladimir Putinin təəccübü üz ifadəsində görünüb.

Rusiya mediası bu anı “Ən azı cəhd etdilər” başlığıyla yayımlayıb.

Əlavə edək ki, anoloji hal 2017-ci ildə ABŞ Prezidenti Donald Trampın Ər-Riyada səfərində də yaşanmışdı.

Videonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu