15 Oktyabr 2019 12:26
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çəkilməsinə mane ola bilmədi”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq David Petrosyan deyib.

Erməni ekspert son zamanlarda Ermənistan və Gürcüstan arasında gərginləşən münasibətlərə diqqət çəkib:

“Ermənistan-Gürcüstan münasibətləri Ermənistan üçün əsas əhəmiyyət kəsb edir. Lakin bu gün ikitərəfli münasibətlər ürəkaçan deyil. Daxildə Gürcüstan və digər qonşu ölkələr arasındakı münasibətlərimizi pozmağa cəhd edən qüvvələr fəallaşıb.

Məsələn, Bakı-Tiflis-Qars dəmir yolunun inşası zamanı bəzi qüvvələr həm Ermənistanda, həm də Cavaxetiyada bu layihənin Ermənistan və Cavaxetiya erməniləri üçün qəbuledilməz olduğu barədə kampaniya apardılar, lakin onlar buna mane ola bilmədilər”.

Əlavə edək ki, Gürcüstan hökuməti Ermənistanda fəaliyyət göstərən bir sıra internet saytlarının əməkdaşlarına Gürcüstan ərazilərinə girişi qadağan edib. Rəsmi Tiflisin bu addımı İrəvanın narazılığına səbəb olub.

Gürcüstan ərazilərinə girişinə qadağa qoyulmuş erməni jurnalistlər bu ölkəyə qarşı təxribatda ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu