15 Oktyabr 2019 12:30
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şaffer (ABŞ) və Stefan Viskonti (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjij Kasprşiki qəbul edib.

Teleqraf.com xəbər verir ki, barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir və həmsədrlər Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. Görüşdə qarşılıqlı etimad mühiti yaratmaq kontekstində münaqişə zonasında atəşkəsin möhkəmləndirilməsinə yönəlmiş addımların əhəmiyyəti vurğulanıb.

Habelə xalqların (Ermənistan və Azərbaycan) sülhə hazırlanması və bu problemin həlli üçün lazımi tədbirlərin görülməsi məsələsi də qaldırılıb.

ATƏT-in Minsk Qrupu həmsədrləri dünən İrəvana gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu