15 Oktyabr 2019 12:33
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə sentyabrda Nyu-Yorkda (ABŞ) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə toxunulub.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə tərəflər dünya üçün əlverişli atmosferin yaranmasına və sərhəddə gərginliyin azaldılması haqda danışıb:

“Mnatsakanyan və vasitəçilər tərəflərin həll prosesindəki mövqelərinə toxundu. Ermənistanın xarici işlər naziri sülh prosesində bərabər öhdəliklərin təmin edilməsinin vacibliyini vurğuladı”.


Müəllif: Mənsur Rəğbətoğlu