15 Oktyabr 14:07
279

Fransanın idman naziri Roxana Marakinyanu UEFA-dan Türkiyəyə sanksiya tətbiqini tələb edib. Tələbin səbəbi isə Türkiyənin futbol üzrə milli komandasının Fransaya vurduğu qolu hərbi salamla qeyd etməsi olub.

Teleqraf.com xəbər verir ki, fransalı nazir türk oyunçuların bu davranışının idman qaydalarına uyğun gəlmədiyini bildirib.

Türkiyə millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində rəqib meydanında Fransa ilə 1-1 bərabərə qalaraq, qrupdakı liderliyini qoruyub.


Müəllif: Mənsur Rəğbətoğlu