15 Oktyabr 2019 13:59
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəsmi İrəvan Dəməşqdəki səfirliyimiz və Hələbdəki baş konsulluğumuzla intensiv əlaqədədir. Lazım olacağı halda, Suriyadakı etnik ermənilərin köçürülməsinə hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlara münasibət bildirən Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Nağdalyan deyib.

XİN rəsmisi türklərin əməliyyat bölgəsində etnik ermənilərin yaşamasına diqqət çəkib: “Etnik ermənilər əsasən Qamışlı və ətraf bölgələrdə yaşayır. Dəməşqdəki səfirliyimiz və Hələbdəki baş konsulluğumuz Suriyanın şimalında yaşayan ermənilərlə əlaqədədir. Hazırda bu ərazilərdə əməliyyatlar keçirilmir, bu səbəbdən də təxliyyə məsələsi gündəmdə deyil.

Lakin ehtiyac olacağı halda, köçürülmə prosesinə başlamağa hazırıq”.

Bundan əvvəl Ermənistan parlamentinin diaspora komitəsinin sədri Mxitar Ayrapetyan Təl-Abyaddakı erməni ailələrini təxliyə etmək planlarının olduğunu açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu