15 Oktyabr 2019 13:30
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı oktyabrın sonunda Böyük Britaniyanın ittifaqdan çıxması (Brexit) ilə əlaqədar fövqəladə sammit çağıra bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumatda bildirilib ki, yeni Brexit zirvə görüşü haqqında müzakirələr bu ayın sonunda yenidən başlayacaq.

BBC qeyd edir ki, 17-18 oktyabr tarixlərində Avropa İttifaqı dövlət və hökumət başçılarının zirvə görüşündən sonra İngiltərə ilə Aİ arasındakı danışıqlarda böyük irəliləyiş haqqında bir bəyanat veriləcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu