15 Oktyabr 15:22
426

“Biz dünənədək terrorçu adlandırdığımız qüvvələrə çevrilmişik? Bura İran parlamentidir, yoxsa Suriya kürdlərinin parlamenti?”

Teleqraf.com xəbər verir ki, bunu Güney Azərbaycanın Culfa və Mərənd şəhərlərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad deyib.

Millət vəkili İranda Suriyanın şimalındakı terrorçulara dəstək verən siyasətçiləri pisləyib:

“Terror təşkilatlarına dəstək verən millət vəkilləri ölkədə narahatlıq yaradır. Parlamentin kürd deputatları “kürd milləti”ndən danışır, bu separatçılıq deməkdir. Millət konkret sərhədlərin daxilində yaşayan əhalidən ibarətdir”.

Məhəmməd Həsənnəjad çıxışında İranın son vaxtlaradək PKK/PYD təşkilatlarını terrorçu adlandırdığını xatırladaraq əlavə edib:

“Biz dünənədək deyirdik ki, terrorçular bizim əsgərlərimizi öldürür. İndi həmin terrorçular bizim üçün “məzlum” bir qrupa çevrilib, yəni bizim terrorçulara bu qədər ürəyimiz yanır? Şübhəsiz ki, bu yanaşma qəbuledilməzdir”.


Müəllif: Mənsur Rəğbətoğlu