15 Oktyabr 15:30
251

ABŞ-ın Ermənistandakı səfirliyi qarşısında PKK/YPG və Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatlarına dəstək aksiyası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Aksiyanın təşəbbüskarı Ermənistan Kürd Milli Şurası ictimai təşkilatının rəhbəri, Ermənistan parlamentinin deputatı Knyaz Həsənovdur.

Aksiyada Suriyada kürd terror təşkilatlarına dəstəyi dayandıran ABŞ hökumətinə etiraz ediləcək:

“ABŞ əvvəlcə kürdlərə dəstək verəcəyini söylədi, amma indi amerikalılar kürdlərə dəstəyi geri çəkib onların məhv olunmasına göz yumur”.

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bundan əvvəl bəyanat yayaraq, Suriyada anti-terror əməliyyatları keçirən Türkiyəyə etiraz etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu