15 Oktyabr 2019 16:15
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG terrorçularının Suriyanın Derbesiyə bölgəsindən Mardinin Daşlıca məhəlləsinə atdığı mərmilər iki türk vətəndaşının ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 12 mülki insan yaralanıb.

Bununla paralel olaraq türk ordusunun Menbiç əməliyyatı zamanı bir əsgərinin şəhid olduğu, 8 əsgərin isə yaralandığı ortaya çıxıb.

Türkiyə Müdafiə Nazirliyi bildirib ki, atəş açılan bölgələr türk ordusu tərəfindən təspit edilərək zərərləşdirilib və nəticədə 15 terrorçu məhv edilib.

Qeyd edək ki, türk ordusu “Sülh çeşməsi” əməliyyatına başladığından bu günə qədər 18 şəhid verib.

YPG terrorçuları Suriya sərhəd xəttindən Türkiyənin Şanlıurfa şəhərinin Suruç, Ağçaqala, Celyanpinar, habelə mardinin Nusaybin ərazilərinə raket və mərmi atıblar. Təxminən son bir həftə ərzində Türkiyəyə 700-dən çox raket və mərmi atılıb. Bunun nəticəsində 18 mülki insan ölüb, 200-ə yaxın şəxs isə yaralanıb.

Qızıltəpəyə edilən hücumla birlikdə Türkiyənin şəhidlərinin sayı 20-yə çatıb.


Müəllif: Cavad