15 Oktyabr 2019 16:37
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda fəaliyyət göstərən Nork silahlı dəstəsinin rəhbəri keçmiş hakim partiya Respublikanın mətbuat katibi, sabiq vitse-spiker Eduard Şarmazanovu məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, silahlı dəstənin lideri Artur Vardanyan Şarmazanovdan onu təhqir etdiyi üçün üzr istəməsini tələb edir.

Eduard Şarmazanov mətbuata açıqlamasında Nork silahlı dəstəsini terror təşkilatı adlandırıb.

O, bir neçə gün əvvəl Baş nazir Nikol Paşinyanın bu terror təşkilatının nümayəndələri ilə sövdələşdiyini açıqlayıb:

“Bəli, təsdiq edirəm ki, polis postunu tutan, üç polis əməkdaşını öldürən və terrorizmi təbliğ edən bu təşkilat terrorçudur”.

Şarmazanovun sözlərinə görə, silahlı qruplar və Ermənistana hücum edən terrorçularla müqavilə bağlayanların hamısını məhkəməyə vermək lazımdır.

Əlavə edək ki, Respublika Pariyasının rəhbəri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyandır.


Müəllif: Mənsur Rəğbətoğlu