15 Oktyabr 2019 17:27
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ liderliyində anti-İŞİD koalisiyası Suriyanın şimalındakı Menbiçdən çıxdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, koalisiya bu gün Menbiçdən geri çəkildiyinə dair açıqlama yayıb.

Anti-İŞİD koalisiyasının sözçüsü polkovnik Miles Kaqqainqs sosial şəbəkə üzərindən “ABŞ əsgərləri Suriyanın şimal şərqinidən ayrılmağa başladı. Menbiçi tərk etdi”.

Qeyd edək ki, türk ordusu hazırda Menbiçə girmək üçün əməliyyata başlayıb. Qeyri-rəsmi məlumata görə, Əsəd ordusu da Menbiçdəki YPG yaraqlılarına dəstək məqsədilə əraziyə yaxınlaşır.


Müəllif: Cavad