15 Oktyabr 2019 19:13
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Trampın “Sülh çeşməsi” əməliyyatı səbəbiylə Türkiyəyə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər Suriyanın şimal-şərqindəki vəziyyətdən çıxmaq üçün kifayət deyil”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı konqresmen Nensi Pelosi deyib.

Konqresmen ABŞ prezidentini bölgədə vəziyyəti gərginləşdirməkdə ittiham edib:

“Prezident Tramp Suriyada xaos və etibarsızlığın artmasına səbəb oldu. Onun Türkiyəyə sanksiya paketi tətbiq etməsi ilə bağlı açıqlaması bu humanitar fəlakətin qarşısını almaq üçün kifayət deyil”.

Onun fikrincə, ABŞ prezidenti Türkiyəyə kürdlərə qarşı əməliyyat keçirmək üçün “yaşıl işıq” yandırdı və bununla da dünyanı İŞİD-in vəhşiliyindən qorumaq üçün canını verən minlərlə döyüşçüyə xəyanət etdi:

“Onun səhv qərarı insanların həyatına təhlükə yaradır, regional təhlükəsizliyi təhdid edir və Amerikanın dünyadakı nüfuzuna xələl gətirir”.


Müəllif: Mənsur Rəğbətoğlu