16 Oktyabr 2019 09:30
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəfiqələri ilə həftə sonu tətilə getdi, amma başına gələcəklərdən xəbəri yox idi. Həftə sonunu yataraq keçirdi, lakin bu, hələ heç nə deyil. Gənc qadın 20 yaşının böyük bir hissəsini yaşamadı, çünki 8 ay boyunca yataqda yatırdı. Sonda isə hansı səbəbdən aylarla yatmasının sirri ortaya çıxdı. 20 yaşlı qız xalq arasında “yatan gözəl” adıyla tanınan genetik xəstəlikdən əziyyət çəkirdi.

Teleqraf.com xəbər verir ki, 8 ay yatan amerikalı qadın bunun səbəbini 8 il sonra öyrənib.

Alanna Vonq həftə sonunu əyləncəli keçirmək üçün rəfiqələri ilə plan hazırlamışdı və bu səbəbdən sakit bir qəsəbəyə getdilər. Lakin rəfiqələrin tətili gözlənildiyi kimi olmadı. Çünki Alanna bütün həftə sonunu yataraq keçirdi. Rəfiqələri bunu onun məktəbdə yorulması ilə əlaqələndirdi. Amma məsələnin səbəbi başqa idi. Alannanın bitmək bilməyən yuxusu getdikcə qarşısıalınmaz oldu.

Gənc qadına 8 il ərzində diaqnoz qoyula bilmədi, lakin Alannanın xalası bu əlamətləri öz qaynında da müşahidə etdiyini dedi. Beləliklə, Alannada Kleyn-Levin sindromu aşkarlandı.

Xalq arasında “yatan gözəl” adıyla tanınan bu xəstəlik, insanın günlərlə, həftələrlə, hətta aylarla yatmasına səbəb olan yuxu pozğunluğudur.

Alanna Vronq 10 yaşından 18 yaşınadək müəyyən vaxtlarda günlərlə yatdığını etiraf edib.

Alannanın həyatındakı ən cansıxıcı an 2009-cu il iyunun 29-da gerçəkləşdi. Çünki gənc qadın bu tarixdə yatdı və 2010-cu il fevralın 11-dək oyanmadı. 20 yaşında yuxuya gedən Alanna 8 ay boyunca oyanmadı və qışı yuxuda keçirdi.


Müəllif: Mənsur Rəğbətoğlu