15 Oktyabr 18:12
397

“ABŞ Suriyanın Menbiç bölgəsindəki hərbi qüvvələrini gözlənilmədən geri çəkərək, yerini ruslara verib”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbələrə istinadən məlumat yayıb.

Pentaqondan adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmi nəşrə bunları deyib:

“Əmr bu gün verilib və 24 saat ərzində çəkilmə prosesi başa çatmalıdır. Uzun müddətdir bölgədə olduğumuz üçün rus qüvvələrinə təhlükəli bölgələrə girməsi üçün yardım etdik. Bu, əslində təslimat prosesidir.

Bölgədən sürətlə çıxmaq üçün götürə biləcəyimiz hər şeyi aldıq, apara bilmədiklərimizi də yox etdik”.


Müəllif: Mənsur Rəğbətoğlu