15 Oktyabr 21:42

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı aparan qoşun birləşmələrində təmsil olunan hərbçilərdən ikisi şəhid olub, yeddisi yaralanıb.

Teleqraf.com Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Münbiç bölgəsində baş verən hadisə terrorçuların türk hərbçilərini toplardan və raketlərdən atəşə tutması nəticəsində baş verib. Nazirlik şəhidlərin ailələrinə başsağlığı verib.


Müəllif: Teleqraf.com