16 Oktyabr 2019 02:13
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

İki ölkənin liderləri Suriyada, o cümlədən bu ölkənin şimalındakı vəziyyəti müzakirə edib, xüsusilə, Türkiyə ordusu ilə Suriya hökumətinin Silahlı Qüvvələri arasında qarşıdurmaların qarşısını almağın zəruriliyini qeyd ediblər.

Rusiya Prezidenti, Suriya-Türkiyə sərhədindəki bölgələrdə humanitar vəziyyətin gərginləşməsinə diqqət çəkib. Putin, eyni zamanda, terror təşkilatların, o cümlədən İŞİD silahlılarının mövcud vəziyyətdən yararlanmalarını qəbuledilməz hesab edib.

“Onsuz da terrorçular azad olmaq və qonşu ölkələrə sızmağa çalışırlar” deyə Kremlin məlumatında qeyd olunub.


Müəllif: Teleqraf.com