17 Sentyabr 2014 09:23
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada XİN Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sanksiya siyahısına M.İ.Kalinin adına maşınqayırma zavodu, Dolqoprudnensk elmi-istehsalat müəssisəsi, Mıtişinsk maşınqayırma zavodu, V.V.Tixomirov adına elmi-istehsalat müəssisəsi və “Altair” radioelektronika elmi-təhqiqat institutu əlavə edilib.


Həmçinin Rusiyanın “Sberbank” bankı da sanksiya siyahısına daxil edilib.


Sanksiyalar bir neçə vəzifəli şəxsləri - müdafiə nazirinin müavinləri Dmitri Bulqakov və Yuri Sadovenko, Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanovski və Quru Qoşunların komandanı Nikolay Salyukov da əhatə edib.


Müəllif: