16 Oktyabr 2019 02:46
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar çərşənbə günü (16 oktyabr) Türkiyəyə səfər edəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

M. Pensin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.

Qeyd olunub ki, 17 oktyabrda Pens, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu Pensin, ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəri olacaq.


Müəllif: Teleqraf.com