16 Oktyabr 2019 03:00
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Ankara sanksiyalar təhlükəsindən narahat deyil və Suriyada “Barış pınarı” antiterror əməliyyatını davam etdirəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman təyyarəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

“Məqsədimiz aydındır və heç bir sanksiyadan narahat deyilik. Bizim vəzifəmiz sərhədlərimizdən 32 km məsafədə terrorçuları təmizləməkdir”.

Onun sözlərinə görə, rəsmi Ankara Suriyanın Mənbiç və Kobani şəhərlərinin taleyi ilə əlaqədar Rusiya və ABŞ-la danışıqları davam etdirir.


Müəllif: Teleqraf.com