16 Oktyabr 2019 09:54
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriya ordusunun (Bəşər Əsəd) şimal-şərq istiqamətində irəriləməsi əslində Türkiyənin ziyanına deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Bəşər Əsəd ordusunun Menbiçi nəzarətə götürməsinə münasibət bildirib:

“Rusiya Əsədə imkan verməz ki, Suriya ordusu Türkiyə ordusu ilə toqquşsun. Əsas odur ki, uzun illərdən sonra Suriya ordusu kürd bölgələrinə daxil oldu və bununla Suriyada kürd dövlətinin yaradılması ideyası ortadan qaldırıldı. Vaxtilə Əsədə meydan sulayan radikal kürdlər Əsədə yalvardılar ki, onları Türkiyədən qorusun.

Türkiyənin əsas hədəflərindən biri elə Suriya ordusunun kürd bölgələrinə nəzarət etməsidir. Buna da nail olundu. O ki qaldı, Türkiyənin planlarına, sərhəd boyu 40 kilometr dərinlikdə təhlükəsizlik zolağının yaradılmasına Əsəd mane ola bilməyəcək, çünki ortada Moskvanın razılığı var.

Daha bir ortaq nəticə var: Türkiyə, Rusiya və Əsəd rejimi Amerikanın Suriyada hərbi varlığının əleyhinə idi. Buna da nail olunuldu”.


Müəllif: Mənsur Rəğbətoğlu