16 Oktyabr 2019 11:02
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyəyə işğalı dayandırmaq və dərhal atəşkəsin elan edilməsi üçün gedirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə səfərindən əvvəl verdiyi açıqlamada ABŞ vitse-prezidenti Mayk Pens deyib.

O, Türkiyəyə Prezident Donald Trampın təlimatı ilə gəldiyini bildirb:

“Trampın təlimatı ilə Türkiyəyə gedirəm, məqsəd Suriyadakı işğalı dayandırmaq və dərhal atəşkəsin elan edilməsidir. Müzakirələrə yenidən başlamaq üçün rəsmi Ankaraya çağırış edəcəyəm.

Başçılıq etdiyim nümayəndə heyətində dövlət katibi Mayk Pompeo, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn və Suriya üzrə xüsusi nümayəndə Ceyms Cefri var”.

Əlavə edək ki, ABŞ nümayəndə heyəti Ankaraya bu gün gələcək.


Müəllif: Mənsur Rəğbətoğlu