16 Oktyabr 2019 11:09
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvan şəhərində bir polis zabiti xidməti yerində qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün gecə saatlarında baş verib.

Məlumata görə, ərazidə patrul xidmətini yerinə yetirən iki polis əməkdaşı hücuma məruz qalıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri saxlamağa çalışarkən, atışma baş verib, nəticədə polislərdən biri ölüb.

Eyni zamanda, öldürülən polisin həmkarı döyülüb və ağır bədən xəsarətləri alıb. Cinayətkarlar hadisə yerindən qaça bilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu