16 Oktyabr 2019 11:28
2 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyənin Suriyada əməliyyatlarından əvvəl YPG terror təşkilatı döyüşçülərinə xüsusi təlim keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, Türkiyə Afrində YPG-yə qarşı hərbi əməliyyatlara başayandan sonra Fərat çayının sahilində türk ordusuna qarşı nəhəng tunel şəbəkəsi inşa edilib.

YPG-nin bu tunellərdən müdafiə qalxanı kimi və yardım almaq məqsədilə istifadə etdiyi bildirilib.

ABŞ hərbi qüvvələrinin bu tunellərdə terrorçularla birlikdə Türkiyənin müdaxiləsinə qarşı plan qurduğu, YPG-yə xüsusi taktiki təlimlər keçdiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu