16 Oktyabr 2019 11:54
2 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Fox TV-yə Türkiyənin Suriyada həyata keçirdiyi “Sülh çeşməsi”əməliyyatını şərh edib.

Teleqraf.com xəbər verir ki, aparıcının “Prezident Ərdoğanla son zamanlar müzakirələr aparmısınızmı” sualına Prezident Trampın cavabı olduqca sərrast olub.

Tramp deyib ki, bir neçə gün əvvəl Ərdoğanla müzakirə aparıb: “Ərdoğan bir ildir ki, ölkəsinin sərhədlərini gücləndirir. Türkiyənin böyük sayda əsgəri var. Türkiyə sərhədlərini qorumaq üçün oradadırlar. Türklər illərdir ki, kürdlərlə (PKK) savaşır. Onlar nahar yeməyinə çıxmış kimi kürdlərlə müharibə aparır. Biz Suriyadan çıxacağıq”.


Müəllif: Cavad