16 Oktyabr 2019 12:07
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkisində iştirak edəcək namizədlər Suriya ətrafında baş verən proseslərlə bağlı sualları cavablandırıb.

Teleqraf.com xəbər verir ki, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Bayden ABŞ-ın Suriyadakı hərbi qüvvələri çəkməsinə etiraz edib.

“Suriya ilə bağlı hansı fərqli addımı atardınız?” sualına cavab verən Bayden Prezident Donald Trampın bu qərarını “unudulmaz tarix” adlandırıb:

“Burada əsas məsələ Türkiyədir. Ərdoğanla görüşüb əməliyyatlarını dayandırmasını tələb edərəm, əks halda Ərdoğan bunun əvəzini ağır ödəyərdi”.

Prezidentliyə namizəd, İraq müharibəsində iştirak etmiş keçmiş hərbçi Tulzi Qabbard Trampın hərbi qüvvələri geri çəkmək qərarını dəstəklədiyini desə də, çəkilmə qərarının bu formada həyata keçirilməsinə etiraz edib:

“Türkiyənin kürdləri qətlə yetirməsinin səbəbi Suriyada apardığımız rejim dəyişdirmə siyasətinin mənəfi nəticəsidir. Kürdlərin qanı Donald Trampın əllərində olduğu qədər 2011-ci ildə Suriyada müharibəni qızışdıran siyasi partiyaların siyasətçilərinin də əllərindədir. Bu savaşı dəstəkləyən medianın əlində qana batıb”.


Müəllif: Mənsur Rəğbətoğlu