16 Oktyabr 2019 15:33
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Sülh çeşməsi” hərəkatına qarşı olan fransalı həmkarı Emmanuel Makrona sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Türkiyənin tarixən heç vaxt mülki qətliam həyata keçirmədiyini bəyan edib.

“Bizi ittiham edənlərin keçmişi mülki şəxslərin qətliamı ilə doludur. Ruandada yüz minlərlə insanı qətl edən siz deyilsiniz? Güzgüyə bax, güzgüyə!”, - deyə Türkiyə prezidenti söyləyib.

Əməliyyatın həyata keçirildiyi bölgədə YPG terror təşkilatı tərəfindən tunellərin qazıldığını deyən Ərdoğan bu tunellər üçün sementlərin fransız firmasından gətirildiyini söyləyib:

“Hazırda 90 km-dən çox tunellər var. Bunun sementi haradan gəlir? Fransız firmasından. Nə ilə izah edəcəksən, necə aldadacaqsan? Hər şey ortadadır, bunun hesabını verəcəklər. Mülki şəxslərin qətliamını görmək istəyirsinizsə, Suriyada Türkiyənin ayaq basmadığı yerlərə, Türkiyənin müdaxiləsindən əvvəlki Kiprə, Əfqanıstana, Arakana, Dağlıq Qarabağa, Bosniyaya baxın".


Müəllif: Nərgiz