17 Sentyabr 2014 09:30
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology – MIT) İstanbulda qorxulu zəlzələnin baş verə biləcəyi barədə xəbərdarlıq yayıb.

ANS PRESS-in məlumatına görə, Şimali Anadolu fay xətlərindəki zəlzələ ehtimalını araşdıran institut alimləri İstanbul sahillərinin 8 kilometrliyində 7 bal gücündə zəlzələnin meydana gələ biləcəyini bildirib. Qərbli alimlərin bu açıqlaması İstanbulda şok effekti yaradıb və əhalidə təşvişə səbəb olub.

ABŞ-lı alimlərlə türk alimlər fay xətlərinə aid 20 illlik GPS məlumatlarını nəzərdən keçiriblər və uzun müddətdir “səssiz qalan” bölgəinin təhlükə yarada biləcəyini düşünüblər.

Lakin zəlzələnin nə vaxt baş verə biləcəyi barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, elm adamları bu açıqlamanın İstanbul yaxınlığında yerləşən şəhərlər üçün də təhlükə xəbərdarlığı olduğunu bildirir.


Müəllif:

Oxşar xəbərlər