16 Oktyabr 2019 16:22
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a noyabr ayında planlaşdırılan səfərinin reallaşmayacağını istisna etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Mənim ABŞ-a səfərimi bura gələcək Amerika heyəti ilə danışıqlardan sonra müzakirə edəcəyik”, – deyə Ərdoğan bidlrib.

Qeyd edək ki, oktyabrın 6-da R.T.Ərdoğanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə noyabr ayında Vaşinqtona gedəcəyi açıqlanmışdı.

Bundan sonra Ankara Suriyanın şimal-şərqində “Sülh çeşməsi” adlı hərbi əməliyyata başladığını elan edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın əvvəllər verdiyi vədləri yerinə yetirməkdən imtina etdiyi üçün türk tərəfinin hərbi əməliyyata başladığını söyləyib.

Tramp bu hərbi əməliyyatla əlaqədar olaraq Türkiyəyə qarşı sanksiyalar tətbiq edən fərman imzalayıb.


Müəllif: Səxavət