16 Oktyabr 2019 16:31
2 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan 47 ölkəyə, o cümlədən Azərbaycana “JF-17” qırıcılarını satmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistanın “Daily Times” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Pakistan-Çin istehsalı olan döyüş təyyarələrinin Azərbaycanla yanaşı, Myanma, Nigeriya və Malayziyaya satılması planlaşdırılır.

Məlumatda bildirilib ki, bu məsələ ötən həftə Pakistan müdafiə nazirinin Pekinə səfəri zamanı müzakirə edilib:

“Azərbaycanla “JF-172 qırıcılarının alınması ilə bağlı danışıqlar uzun müddətdir davam edir. Ancaq son zamanlar danışıqlar prosesi sürətlənib”.


Müəllif: Mənsur Rəğbətoğlu