16 Oktyabr 2019 16:58
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusunun bölmələri son 5 il ərzində ilk dəfə olaraq Rakka şəhərinə daxil olub, orada müşahidə məntəqələri qurub.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” hərbi-səhra mənbəyinə istinadən xəbər yayıb.

“Suriya hökumət ordusunun qabaqcıl bölmələri beş il ərzində ilk dəfə Rakkaya daxil olub və şəhərdə bir neçə müşahidə məntəqəsi qurub”, – deyə mənbə bildirib.

Qeyd edək ki, İŞİD terrorçuları 2014-cü ildə Rakkanı ələ keçirib. 2017-ci ilin oktyabrında kürdlərin Suriya demokratik qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə şəhəri azad edib. Kütləvi bombardman və Amerika tərəfdarı olan kürd birləşmələrinin hərəkətləri nəticəsində Rakka darmadağın edilib. Şəhər hələ də bərpa olunmayıb.

Bundan əvvəl Suriya qoşunları ölkənin şimalındakı əsas şəhər olan Menbiçə, eləcə də ona yaxın yaşayış məntəqələrinə nəzarəti ələ keçirmişdilər.

Həmçinin, KİV-də yayılan məlumatda Suriya ordusunun Rakka əyalətindəki Ayn-İsa şəhərinə girdiyi də bildirilir.


Müəllif: Səxavət