16 Oktyabr 2019 17:20
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Məclis toplantısında çıxışı zamanı maraqlı hadisə yaşanıb.

Teleqraf.com xəbər verir ki, prezident çıxış edərkən, gənclərdən ibarət qrup “Gündoğdu” marşı oxuyub.

Ərdoğan çıxışına fasilə verərək marşa qulaq asıb.

Gənclərin “Gündoğdu” marşının originalındakı “Üstümüzdən əskilməsin al bayrağın kölgəsi” ifadəsini dəyişdirərək “Üstümüzdən əskilməsin rəisimin kölgəsi” kimi oxunması diqqət çəkib. Sözügedən marş qısa müddətdə sosial mediada da gündəmə çevrilib.


Müəllif: Nərgiz