16 Oktyabr 2019 18:17
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çaşqınlıq, uyğunsuz addımlar, əldən çıxan mövqelər və səhv siyasət Rusiya üçün Yaxın Şərqə qapıları açdı”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzeti yazıb.

Nəşr Rusiyanın bölgədə möhkəmlənməsinə görə ABŞ hökumətini ittiham edib:

“Putin Suriya Prezidenti Bəşər Əsəd, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani və hətta İsrail Baş naziri Binyamin Netanyahu kimi fərqli liderlərlə ortaq dil tapır.

Amerika qoşunlarının Suriyadan çıxarılması Rusiyaya bu ölkədə daha da geniş fəaliyyət azadlığı verir. Türkiyənin kürd bölgələrində möhkəmlənməsi Rusiyanın maraqlarını birbaşa təhdid etmir. Üstəlik, bu, ruslara kürdləri Əsəd hökuməti ilə danışıqlara başlamağa inandırmaq imkanı verdi.

NATO-nun iki müttəfiqi olan Türkiyə və ABŞ arasında qarşılıqlı ittihamlar Rusiyaya mövqeyini möhkəmləndirmək üçün daha çox imkanlar verir”.


Müəllif: Mənsur Rəğbətoğlu