16 Oktyabr 2019 21:25
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO-ya tam üzv olmaq yolunda Tiflis üçün əsas maneə həll olunmamış ərazi münaqişəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Alesandr Bartoş deyib.

Bununla belə, onun sözlərinə görə, Gürcüstan;n “yol xəritəsi” məsələsində irəliləyişlərinin olmasını istisna etmək mümkün deyil:

“NATO-ya üzv olmaq üçün ən vacib meyar qonşu ölkələrlə ərazi mübahisələrinin olmamasıdır. Bildiyiniz kimi, Gürcüstanın Abxaziya və Cənubi Osetiya respublikalarına qarşı ərazi iddiaları öz həllini tapmayıb. Bununla belə, Gürcüstan özü üçün NATO qaydalarını tətbiq etməyə çalışır.

NATO-nun dekabrda keçiriləcək zirvə toplantısında həm Gürcüstan, həm də Ukraynandan üzvlüklə bağlı fəaliyyət planı təqdim etmələri tələb olunacaq.

Əslində bu, NATO üzvlüyünə aparan yolda vacib sənəddir. Buna görə də hadisələrin belə bir inkişafını istisna etmək olmaz. Həm Gürcüstan, həm də Ukrayna üçün”.


Müəllif: Mənsur Rəğbətoğlu