16 Oktyabr 2019 22:55
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

AKP-nin Türkiyə Böyük Millət Məclisi toplantısına qatılan Milli Müdafiə naziri Hulusi Akar iclas salonuna əsgər salamı verərək daxil olub.

Onun bu addımı zalda, eləcə də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Türkiyə mediası nazirin bu addımını türk futbolçulara dəstək kimi qiymətləndirib. Belə ki, Türkiyə futbolçuları Avro-2020-nin seçmə mərhələsində Fransa ilə matçda hərbi salam verdikləri üçün UEFA tərəfindən məsələ ilə bağlı araşdırma başladılıb.


Müəllif: Teleqraf.com