16 Oktyabr 2019 20:13
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla üz-üzə görüşməyə ümid etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Pompeo Ankaraya gəlməzdən öncə “Fox Business Network”a sensasion açıqlama verib.

“Bölgədəki qeyri-sabitliyin səbəbkarı Ərdoğandır”, - deyə ABŞ dövlət katibi deyib.
Xatırladaq ki, Mayk Pompeo hazırda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn və Suriya üzrə xüsusi nümayəndə Ceyms Cefri ilə birlikdə Türkiyədə səfərdədir.


Müəllif: Nərgiz