16 Oktyabr 2019 23:53
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Suriya Ərəb Respublikasının şimalında keçirdiyi əməliyyatla bağlı Soçidə Türkiyə-Suriya danışıqları aparıla bilər.

Teleqraf.com xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsədin siyasi məsələlər üzrə müşaviri xanım Buseyn Şaaban deyib.

“Rusiyalı dostlar bu gün Soçidə təhlükəsizlik mövzusunda Türkiyə-Suriya görüşü təşkil etməyə çalışdıqlarını bəyan etdilər. Biz bunu ruslardan eşitdik. Ankara ilə – ölkəmizi işğal edən və məhv edən qüvvə ilə heç bir təmasımız yoxdur”, – deyə Şaaban “RT Arabic” telekanalına bildirib.

O qeyd edib ki, Dəməşq Amerika qoşunlarının Suriyadan çıxmasından məmnundur, amma “Amerika işğalının türk işğalı lə əvəzlənməsini” arzulamır.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Dəməşq və Ankaranın 1998-ci il Adana razılaşması əsasında əməli əməkdaşlıq qurmalı olduğunu, Moskvanın onların dialoquna kömək etməyə hazır olduğunu söyləyib.


Müəllif: Səxavət