17 Oktyabr 2019 09:57
2 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam ABŞ-da Prezident Donald Trampın rəhbərliyi altında toplaşan Demokrat və Respublikaçı partiyalarının liderləri Suriya böhranını müzakirə edib.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, Konqresin Senat və Nümayəndələr Palatasının üzvlərinin iştirak etdiyi tədbirdə Suriyada baş verənlər, Türkiyənin sərhədlərində təhlükəsizliyi təmin etmək və terrorla mübarizə aparmaq üçün başlatdığı əməliyyat müzakirə olunub.

Amma toplantıdan qısa müddət sonra böhran yaşanıb, Demokrat Partiyasının liderləri Ağ Evi tərk edib.

Nümayəndələr Palatasının lideri Nensi Pelosi prezident Donald Trampın Yaxın Şərqdə İŞİD-ə qarşı hər hansı planının olmadığını söyləyib və bu mövqe ciddi gərginlik yaradıb. Tramp isə Polesiyə “üçüncü sinif siyasətçisi” deyə cavab verib.

Beləcə toplantı dialoq şəklində davam etmək əvəzinə tərəflərin bir-birini təhqir və ittiham etməsi ilə yadda qalıb.

Bu anları Tvitter hesabından paylaşan Prezident Tramp demokratların fotosunun altından “sizcə, məndən xoşları gəlirmi” sözlərini yazıb.

Nümayəndələr Palatasının lideri Nensi Pelosi deyib ki, prezident üçün hər zaman dua edirdim, amma indi onun sağlığı üçün dua etməyimizin zamanı gəlib: “Prezident çox ciddi əsəb böhranı keçirir. Demokratlar bu toplantıda oturub davam edə bilməzdilər. Bu toplantının reallıq payı yoxdur”.

Tramp isə sosial şəbəkədə bəyan edib ki, heç bir iş görməyən demokratlar toplantını tərk edib.


Müəllif: Teleqraf.com