17 Oktyabr 2019 11:10
3 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə prezidenti ABŞ səfərindən və Amerika nümayəndə heyəti ilə görüşdən imtina etməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu deyib.

Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edən Davudoğlu ABŞ başçısı Donald Trampın türk həmkarına göndərdiyi məktubda Türkiyəni təhdid və təhqir etdiyini xatırladıb:

“Cənab prezidentin timsalında Türkiyə dövləti təhqir olunub. Üzr istəməyəcəyi halda, ABŞ nümayəndə heyəti ilə görüş və Vaşinqton səfəri təcili təxirə salınmalıdır”.

Trampın Ərdoğana “sərt və axmaq adam olma” xitabı etdiyi, Türkiyə iqtisadiyyatını yox etməkdən bəhs etdiyi məktubu ölkədə etirazlarla səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu